İSLAM: DÜNYANI AYDINLADAN İŞIQ Avqust 10, 2009
Posted by fikirsistemi in Mənəviyyat.Tags: 630, 7-ci əsr, allah, batil, büdpərəst, büt, cəhalət, din, ədalət, ərəb, əsir, əsr-i səadət, əxlaq, islam, kölə, Kəbə, müsəlman, mədəniyyət, Məhəmməd, Məkkə, mərhəmət, nizam, oxu, qadın uşaq, qəbilə, quran, surəsi, tolerant, xoşgörüş, yaradan, yarımada, zülm
add a comment
İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə döyüşür, qan tökür, hətta uşaqlarını öldürə biləcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr açaldılırdılar. (davamı…)
Din və Materializm İyul 21, 2009
Posted by fikirsistemi in Elm nə deyir?.Tags: din Allah maddə xaos təkamül yunan materializm mütləq gerçək varlıq kainat ruh tə, təsadüf, yaradan elm
add a comment
Sizi kim yaradıb və həyatınızı kimə borclusunuz?…
Ətrafınızda gördüyünüz bütün canlılar, yaşadığınız dünya və bu dünyanın yerləşdiyi kainat necə var olub? Bütün bunları yaradan iradə kimdir?…
Eləcə də mövcud olan bütün bu varlıqların mənası nədir? Onlar müəyyən məqsəd üçün yaradılıblarmı? Bu məqsəd sizcə nə ola bilər?…
Bu və oxşar suallara əslində bir insanın cavab axtarması çox mühümdür. Amma insanların çoxu bəlkə də bu suallar haqqında heç düşünmədən bir ömür sürürlər. Yalnız nə yeyib-içdiyini, necə pul qazanacağını, digər insanlarla olan əlaqələrini düşünürlər. Bu cür həyat isə həddindən artıq boş və mənasızdır. Çünki insan qısa müddət sonra öləcək və gerçək məqsədinə uyğun şəkildə yaşamayıbsa ölümlə birlikdə böyük fəlakətə düçar olacaqdır. (davamı…)
Qədərə Təslimiyyət İyul 9, 2009
Posted by fikirsistemi in 1.Tags: qədər Allah təslimiyyət sirr şövq sevinc mömin müsəlman zaman hikmət qədər gerçəyi qədər elmi səbr səmimi təvəkkül, qədər haqqında
add a comment
Dünya həyatındakı imtahanın çox mühüm bir sirri var. Bu sirri bilən möminlər çətinliklərə qarşı böyük şövq və sevinclə səbr göstərirlər. Bu sirrin əsasında “qədər” gerçəyi dayanır. Müsəlman Allahın hər şeyi qədər ilə yaratdığını və qarşılaşdığı hadisələrin də ancaq Allahın istəyi ilə reallaşdığını bilir. İnsan həyatını bütün incəliklərinə qədər yaradan Allahdır. Ənam Surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam Surəsi, 59)
İnsan zamana tabe olan və hadisələri ancaq yaşadığı andan baxaraq qiymətləndirməyi bacaran varlıqdır. İnsan gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzunmüddətli hikmətləri, gözəllikləri və xeyirləri həmişə görə bilmir. Lakin zamana tabe olmayan və zamanı yaradan Allah zamana tabe olan bütün varlıqların həyatını “zamanın xaricindən” görür və bilir. Elə burada qədər gerçəyi ilə qarşılaşırıq. Qədər Allahın keçmişdə baş vermiş və gələcəkdə olacaq bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” yalnız bizim üçün “bilinməz”dir. Allah bizim bilmədiyimiz hadisələrin hamısını bilir. Buna görə də əslində insanın imtahanı əvvəli və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an Allah Qatında birdir və hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq yaşayaraq öyrənirik. (davamı…)
“ANA TƏBİƏT” KİMDİR? İyul 4, 2009
Posted by fikirsistemi in 1.Tags: təkamül təbiət darvin təkamülçü darvinist animizm təbii seleksiya seçmə yaradıcı güc
add a comment
Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələr eşitmisiniz. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir?
Təkamülçülərin “təbiətin möcüzəsi, ana təbiət” deyərək (eynilə paqanlar kimi) ilahlaşdırdıqları bu anlayışlar- ağaclar, çaylar, çiçəklər, qayalar, balıqlar, daşlar, torpaq, pişiklər, itlər qısası təbiətdə olan, lakin heç bir şüuru və yaratma gücü olmayan canlı və cansız varlıqların birləşməsindən ibarətdir.
Yaxşı bütün bu şüursuz, hətta düşünmə qabiliyyəti belə olmayan varlıqlar bir yerə gələrək yüksək şüur tələb edən işləri necə görürlər? Əlbəttə belə bir şey mümkün deyil. İnsanın ətrafında gördüyü bütün şüur əlamətləri sonsuz elm sahibi olan Allahın yaratması ilə mümkün olur. (davamı…)
Materializmin Elmi Cəhətdən Çöküşü İyun 26, 2009
Posted by fikirsistemi in Elm nə deyir?, Maddə və Xəyal.Tags: materializm elm big bang kainat Allah Günəş Ay Nyuton Qaliley
1 comment so far
“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler
İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?
Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?
Bu suallar tarixin əvvəlindən etibarən insanların maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və ya mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.
Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır:
O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Nəhl Surəsi, 12) (davamı…)
Nuh Tufanı Haqqında Spekyulasiyalar İyun 26, 2009
Posted by fikirsistemi in Elm nə deyir?.Tags: allah, cudi, nuh, quran, tufan
add a comment
Quranda diqqət çəkilən Nuh Tufanı inkar edənlərin başa düşə bilmədiyi və rədd etdikləri mövzulardan biridir. Nuh Tufanının varlığını inkar edənlər bu iddialarına dəlil olaraq dünya miqyasında tufanın reallaşmasının texniki olaraq qeyri-mümkün olduğunu söyləyirlər. Bunu nəzərə alaraq belə bir hadisəni təsdiqləyən Quranın Allah sözü olmadığını iddia edirlər.
Halbuki bu iddia Allahın endirdiyi və təhrif edilməmiş yeganə müqəddəs kitab olan Quran-i Kərimlə üst-üstə düşmür. Çünki Quranda təsvir edilən Tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə rast gəlinən Tufan izahatlarından çox fərqlidir.
Təhrif edilmiş Tövratda bu tufanın bütün dünyanı əhatə etdiyi yazılır. Halbuki Quranda Tufanın bütün dünyanı əhatə etməsi kimi ifadə yoxdur. Əksinə mövzu ilə bağlı ayələrdən Tufanın lokal olduğu, bütün dünyanı əhatə etmədiyi və ancaq Hz. Nuhu yalanlayan qövmün cəzalandırıldığı aydın olur. (davamı…)