Imani Fikir Sistemi

İSLAM: DÜNYANI AYDINLADAN İŞIQ
İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə döyüşür, qan tökür, hətta uşaqlarını öldürə biləcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr açaldılırdılar.

Bu qaranlıq və qanlı dünya İslam əxlaqıyla birlikdə tamamilə dəyişdi. Yalnız ərəblər deyil, daha bir çox millət İslam əxlaqının işığıyla aydınlandı. İslamın gəlişi ilə birlikdə elmdə, mədəniyyətdə, düşüncədə və sənətdə əvvəllər az rast gəlinən yüksəliş baş verdi.

Allahın, Peyğəmbərimizə (səv) vəhy etdiyi; “Yaradan Rəbbinin adıyla oxu. O, insanı bir ələqdən yaratdı. Oxu, Rəbbin ən böyük kərəm sahibidir; ki O, qələmlə (yazmağı) öyrədəndir. İnsana bilmədiyini öyrətdi.” (Ələq Surəsi, 1-5) ayələriylə qaranlıq cəhalət və qanlı şiddət dövrü içindəki ərəblər ilk dəfə oxumağa və düşünməyə dəvət edildilər.

Ərəb cəmiyyətinin quruluşu İslamla birlikdə tamamilə dəyişməyə başladı. Məsələn, ərəb adətləri döyüşlərdə əsir alınan hər kəsin öldürülməsini tələb edirdi. Halbuki Peyğəmbərimiz, Allahın vəhy etdiyi hökmlər əsasında əsirlərə yaxşı münasibət göstərilməsini, müsəlmanların öz yeməklərindən onlara da verilməsini əmr etdi. Quranda “Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər.” (İnsan Surəsi, 8 ) ayəsi ilə möminlərin bu xüsusiyyətləri bildirilir. Əsir alınan insanlardan tələb olunan isə yazıb-oxumağı bacaranların bunu, bilməyən müsəlmanlara öyrətməsi idi. Ərəbistan torpaqları bəlkə minlərlə illərdən bəri ilk dəfə olaraq mərhəmətə, bağışlamağa və mədəniyyətə şahid olur, insanlıq tarixinin gördüyü ən böyük mədəni yüksəlişlərdən birini yaşayırdı.

İllər keçdikcə İslamın ədaləti və yüksək əxlaqı Ərəbistanda surətlə yayıldı. Müsəlmanların ədaləti, mərdliyi və dözümlülüyü bir çox ərəb qəbiləsinin İslamı qəbul etməsinə səbəb oldu. Böyük gücə malik olan İslam ordusu 630-cu ildə Məkkəyə yürüş etdi. Məkkə bütpərəstləri çox saylı zülmlərindən sonra müsəlmanların onlardan intiqam alacağından qorxurdular. Ərəb adətlərinə görə bir döyüşdə məğlub olan qəbilənin kişiləri qılıncdan keçirilir, qadın və uşaqları isə kölə edilirdi. Məkkə bütpərəstləri bununla  üzləşəcəklərindən əmindilər. Amma Allahın sonsuz mərhəməti Hz. Məhəmməd (səv) üzərində təcəlli edirdi. Peyğəmbərimiz (səv) heç bir məkkəlidən intiqam alınmayacağını və heç kimin müsəlman olmaq üçün məcbur edilməyəcəyini elan etdirdi. Bu böyük mərhəmət və xoşgörüş (tolerantlıq) qərbli tarixçilərin də diqqətini çəkmişdir. Haverford Universiteti müəllimlərindən Micheal Sells Peyğəmbərimizin (səv) bu üstün əxlaqını belə ifadə edir:

“Hz. Məhəmməd (səv) Məkkəyə gəldiyində qanlı intiqam baş verməmiş, bir-biriləri ilə üç ildir döyüşən və bir-birilərini yox etməyə çalışan məkkəliləri də qucaqlamışdı. Bu, o dövrün insanları üçün heyranlıq meydana gətirən davranış idi. Ona görə bu dinin quruluşunda böyük xeyirxahlıq, qeyri-adi nəzakət və mərhəmət hökm sürür.” (Islam Empire of Faith; An Empires Special, PBS Home Video)

Mühüm olan məkkəlilərin batil inanclarının aradan qaldırılması idi. Şəhəri ələ keçirən müsəlmanlar birbaşa Kəbəyə üz tutdular. Daha sonra müqəddəs məbədə girdilər və içindəki bütləri parçaladılar. Bu bütlərlə birlikdə məkkəlilərin azğın inancları və zülm, ədalətsizlik, barbarlıq və vəhşilikləri də yox edildi. Quran əxlaqıyla birlikdə Ərəbistanda cəhalət dövrünün bütün haqsızlıqları, istismarları, qan davaları aradan götürüldü. İnsanlar arasında hörmət, sevgi, mərhəmət və ədalətə söykənən nizam quruldu.

Bu səbəbdən, sonrakı nəsillər bu dövrə “əsr-i səadət”, yəni “xoşbəxtlik dövrü” deyəcəkdilər.

Din və Materializm
Sizi kim yaradıb və həyatınızı kimə borclusunuz?…

Ətrafınızda gördüyünüz bütün canlılar, yaşadığınız dünya və bu dünyanın yerləşdiyi kainat necə var olub? Bütün bunları yaradan iradə kimdir?…

Eləcə də mövcud olan bütün bu varlıqların mənası nədir? Onlar müəyyən məqsəd üçün yaradılıblarmı? Bu məqsəd sizcə nə ola bilər?…

Bu və oxşar suallara əslində bir insanın cavab axtarması çox mühümdür. Amma insanların çoxu bəlkə də bu suallar haqqında heç düşünmədən bir ömür sürürlər. Yalnız nə yeyib-içdiyini, necə pul qazanacağını, digər insanlarla olan əlaqələrini düşünürlər. Bu cür həyat isə həddindən artıq boş və mənasızdır. Çünki insan qısa müddət sonra öləcək və gerçək məqsədinə uyğun şəkildə yaşamayıbsa ölümlə birlikdə böyük fəlakətə düçar olacaqdır.

Bu əsas suallara cavab tapmaq istəyən insan əgər düşünən və araşdıran biridirsə bu halda iki fərqli cavabla qarşılaşacaq.

Birinci cavab bütün kainatın və bütün canlıların bir Yaradıcısı və Hakiminin olması ilə bağlıdır. O üstün və qüsursuz Yaradıcı, yəni Allah hal-hazırda mövcud olan hər şeyi yoxdan var etmişdir. Mütləq, əzəldən bəri var olan yeganə varlıq Odur. Bütün maddi kainat isə Onun əsəridir. Nəticə etibarilə bütün bu maddi kainat Onun hakimiyyətinə boyun əymişdir. İnsan isə Allahın yaratdığı və Ondan gələn bir “ruh”dur. Bu ruh hal-hazırda yaşadığımız maddi dünyada bir bədən geyinmişdir, ölümdən sonra da Allahın istəyi ilə yeni bir bədən geyinib axirət həyatına başlayacaqdır. Bu birinci cavab tarixin əvvəlindən bu yana peyğəmbərlər vasitəsilə insanlara öyrədilmişdir və onun adı da “din”dir.

İkinci cavab isə mövcud olan yeganə həqiqətin maddə olduğunu iddia edir. Bu cavaba görə sonsuzdan bəri var olan əzəli və mütləq varlıq Allah yox, maddədir. Bu cavabda Allahın varlığı qəbul edilmir. Buna görə də kainatın Sahibinin və Hakiminin olması da rədd edilir. Bu cavaba görə kainat maddənin məqsədsiz və təsadüfü hərəkətləri ilə işləyir. Canlılar da cansız maddələrdən təsadüflər nəticəsində əmələ gəlmişdir. Təsadüfən yaranan bu canlılar yenə təsadüflərlə inkişaf etmiş və müəyyən təkamül müddəti nəticəsində insanı meydana gətirmişdir. Bu anlayışa görə insan təsadüfən meydana gəldiyi üçün heç kimə qarşı məsuliyyət daşımır. Ruhu yoxdur və ölümlə birlikdə yox olacaq maddə yığınından ibarətdir.

Bu ikinci cavab qədim dövrlərdən bu yana bəzi insanlar tərəfindən müdafiə olunmuş və “materializm” adlandırılmışdır. Materializmin ən böyük dayağı isə həmişə təkamül fikri olmuşdur. Bu düşüncəyə görə canlılar cansız maddələrdən təsadüflər nəticəsində meydan gəlmiş və təkamül edərək insana çevrilmişdir. Qədim Yunanlı fikir adamları tərəfindən müdafiə olunan materializm və təkamül bu gün hələ də Allahın varlığını və dinin doğruluğunu inkar edən düşüncələrin təməlini təşkil edir.

Bəs bu iki cavabdan hansı doğrudur? Əzəli və mütləq olan varlıq Allahdır, yoxsa maddə? Maddi kainat Allah tərəfindən yaradılmış və onu kontrol edən də Allahdır, yoxsa təsadüflərlə işləyən mənasız xaosdur? Canlılar yaradılıblar, yoxsa təkamül nəticəsində meydana gəliblər? Həqiqi varlıq ruhdur, yoxsa maddə?

Əgər bu sualın cavabını tapmaq üçün təmiz vicdan və ön mühakiməsiz ağılla düşünsəniz birincisinin doğru olduğunu görərsiniz. Çünki bizi yaradan Allah, Onu tanımağımıza imkan verən vicdan və ağılı da bizə vermişdir. Bundan əlavə maddi dünyanı araşdırdığınızda da yenə birinci nəticəyə gələrsiniz. Çünki Allah, varlığını göstərən dəlilləri maddi dünyanın hər yerinə yerləşdirmişdir.

Maddi dünyanı daha dərindən araşdırmaq, yəni elmi nailiyyətlərə müraciət etmək istədiyinizdə də yenə eyni nəticəyə gələrsiniz. Görərsiniz ki müasir elm materialistlərin göstərməyə çalışdıqları imicin əksinə dini təsdiqləyir. Çünki müasir elm:

1) Əsrlərdir əfsanə kimi yaşadılan təkamül fikirini çökdürmüşdür.

2) Əsrlər boyu müdafiə olunan və doğru düşüncə kimi göstərilən materializmin gerçəkdə böyük səhv olduğunu göstərən faktları üzə çıxarmışdır.

Bir sözlə materyalizm və təkamül fikri heç bir dəlilə söykənmədən müdafiə olunan doqmadır. Gerçək mütləq olan varlıq isə maddə yox, Allahdır.

Qədərə Təslimiyyət
Dünya həyatındakı imtahanın çox mühüm bir sirri var. Bu sirri bilən möminlər çətinliklərə qarşı böyük şövq və sevinclə səbr göstərirlər. Bu sirrin əsasında “qədər” gerçəyi dayanır. Müsəlman Allahın hər şeyi qədər ilə yaratdığını və qarşılaşdığı hadisələrin də ancaq Allahın istəyi ilə reallaşdığını bilir. İnsan həyatını bütün incəliklərinə qədər yaradan Allahdır. Ənam Surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam Surəsi, 59)

İnsan zamana tabe olan və hadisələri ancaq yaşadığı andan baxaraq qiymətləndirməyi bacaran varlıqdır. İnsan gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzunmüddətli hikmətləri, gözəllikləri və xeyirləri həmişə görə bilmir. Lakin zamana tabe olmayan və zamanı yaradan Allah zamana tabe olan bütün varlıqların həyatını “zamanın xaricindən” görür və bilir. Elə burada qədər gerçəyi ilə qarşılaşırıq. Qədər Allahın keçmişdə baş vermiş və gələcəkdə olacaq bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” yalnız bizim üçün “bilinməz”dir. Allah bizim bilmədiyimiz hadisələrin hamısını bilir. Buna görə də əslində insanın imtahanı əvvəli və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an Allah Qatında birdir və hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq yaşayaraq öyrənirik.

“Qədər elmi” inkar edənlərin başa düşə bilmədikləri böyük bir elmdir. Müsəlmanların dünya və axirət həyatındakı bütün çətinliklərə və sınaqlara gözəl şəkildə səbr etməsinə vəsilə olan da bu elmdir. İman edənlər “Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!” (Teğabün Surəsi, 11) ayəsində də bildirildiyi kimi üzləşdikləri hər hadisənin qədər ilə baş verdiyini bilir, bunun rahatlığı və hüzurunu yaşayırlar.

Allahın rəhməti olaraq möminlərin imtahanı çox asan yaradılmışdır. Lakin bu asanlıq ancaq səmimi iman edən və qədərə təvəkkül edənlər üçündür. Haqqıyla iman edən, səmimiyyətlə Allaha təslim olan müsəlman ona göstərilən bütün görüntülərin daima dəyişməsini ibrət, həyəcan, şükr və təfəkkürlə seyr edər, divanda oturub filmə baxan insan kimi rahat olar, onun üçün hazırlanmış qədəri etibar və sevinclə izləyər. Bəzən dinamik, bəzən ürküdücü, bəzən nəfsə xoş gələn, bəzən də sakit görüntülərdən ibarət qədərdə iman zövqü, iman həyəcanı var. Ürküdücü görüntülər də xüsusi olaraq hazırlanmışdır. Ən kiçik hissəsi belə planlanmışdır. Bunların hamısı Allahın bildiyi və idarə etdiyi hadisələrdir.

Qədər gerçəyini bilən və imtahanın bu sirrini qavrayan müsəlman başına gələn müxtəlif müsibətləri, aclığı və ya kasıblığı gözəllik olaraq görər və bunlardan çox böyük zövq alar. Çünki bu sınaqlar qarşısında göstərəcəyi gözəl əxlaqın Allah Qatında çox qiymətli olacağını bilir. Bu, möminlərə xas olan zövqdür. Müsəlmanlar bu tip çətinliklər qarşısında kədər, stress, panika, qorxu kimi duyğular yaşamazlar. Çünki xeyr və ya şər olaraq görünən bütün hadisələrin müsəlmanların leyinə olacağını bilirlər. Allah bunu bir ayəsində möminlərə bildirmişdir: “… Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa Surəsi, 141)

Ancaq bəzi məsələlər yanlış anlaşılmamalıdır. Möminlər dünyada hər cür çətinliklə üzləşə, mallarını itirə, fiziki cəhətdən zəifləyə, xəstələnə, yaralana bilər, ölə və ya öldürülə bilərlər. Ancaq bunların heç biri müsəlmanlar üçün bir “şər” deyil. Allah bu hadisələrlə iman edən qullarını sınaqdan keçirir və göstərdikləri səbrin qarşılığını da həm dünyada, həm də axirətdə qat-qat artıq verir. Əlavə olaraq müsəlmanları bu qısa imtahanın nəticəsində sonsuz cənnət həyatı ilə mükafatlandırır.

Bu mühüm gerçəyin şüurunda olan müsəlmanlar elə buna görə də çətinliklərlə qarşılaşdıqlarında daha da şövqlənirlər. Möminlərin bu şövqləri həm də inkar edənlərin qurduqları tələləri təsirsiz edən və onların məğlubiyyətinə səbəb olan çox xüsusi vəziyyətdir. İnkar edənlər möminləri çətinliyə saldıqlarını zənn etdiklərinə baxmayaraq onlardakı bu sevinc və şövqü görərək onlara əsla zərər verə bilməyəcəklərini də anlamırlar. Üstəlik müsəlmanların çətinlik anlarındakı danışıqları da onların yaşadıqları təslimiyyəti və təvəkkülü inkar edənlərə göstərir. Quranda möminlərin çətinliklər qarşısında söylədikləri sözlər belə bildirilir:

Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? Bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər! Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik! Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan və əzabımdan qorxanlara aiddir!” (Ibrahim Surəsi, 12-14)

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)

Şübhəsiz bütün bunlar müsəlmanların Allahın yaratdığı qədərə təslim olmalarının nəticəsidir. Allaha güvənən bir insan heç bir qorxu və qəm yaşamaz.

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf Surəsi, 13)

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə Surəsi, 112)

Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər – Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi və’dlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! (Yunus Surəsi, 62-64)

Allah başqa ayələrində də Ona inanan və təslim olan qullarının əsla qopmayacaq bir “qulp”dan tutduqlarını bildirmişdir:

Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman Surəsi, 22)

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə Surəsi, 256)

“ANA TƏBİƏT” KİMDİR?
Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələr eşitmisiniz. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir?

Təkamülçülərin “təbiətin möcüzəsi, ana təbiət” deyərək (eynilə paqanlar kimi) ilahlaşdırdıqları bu anlayışlar- ağaclar, çaylar, çiçəklər, qayalar, balıqlar, daşlar, torpaq, pişiklər, itlər qısası təbiətdə olan, lakin heç bir şüuru və yaratma gücü olmayan canlı və cansız varlıqların birləşməsindən ibarətdir.

Yaxşı bütün bu şüursuz, hətta düşünmə qabiliyyəti belə olmayan varlıqlar bir yerə gələrək yüksək şüur tələb edən işləri necə görürlər? Əlbəttə belə bir şey mümkün deyil. İnsanın ətrafında gördüyü bütün şüur əlamətləri sonsuz elm sahibi olan Allahın yaratması ilə mümkün olur.

Təkamülçülərin “təbiət”, “ana təbiət” kimi anlayışlarla ifadə etdikləri inancın sosiologiyadakı qarşılığı “animizm”dir. Animizm, təbiətdəki cansız varlıqlara ruh və şüur yükləmək mənasını verir. Mədəniyyətdən kənar qalmış bəzi qəbilələrdə müşahidə edilən animist inanclar, primitiv təfəkkür tərzinin məhsuludur. Müasir dövrdə animist fikirlərə, ancaq uşaqlar üçün çəkilmiş cizgi filmlərində və ya nağıllarda rast gəlinir. Təkamülçülərin nağılları və ana təbiətə olan inancları cizgi filmlərinin qəhrəmanı olan ağacların, çayların danışmasına və ya kədərlənməsinə olan inancdan fərqlənmir.

XƏYALİ “ANA TƏBİƏT”NIN KÖMƏKÇİSİ: TƏBİİ SELEKSİYA

Təkamülçülərin təbiətdə ən çox hörmət etdikləri və yaratma gücü olduğuna ən çox inandıqları mexanizm “təbii seleksiya”dır. Təbii seleksiya həqiqətən də təbiətdəki canlılar arasında müşahidə edilən mexanizmdir. Ancaq təkamülçülərin xəyal etdikləri kimi canlıları təkamül etdirib yeni bir növ yaratma qabiliyyətinə sahib deyil.

Təbii seleksiya (seçmə) anlayışı Darvindən əvvəl də var idi. Ancaq təbii seleksiyanın “yaradıcı gücü” olduğunu iddia edən ilk insan Darvindir. Çarlz Darvin nəzəriyyəsini canlıları təkamül etdirdiyinə inandığı “təbii seleksiya” mexanizminə söykəmişdi. Halbuki təbii seleksiya canlıların mövcud təbiət şərtlərinə uyğunlaşdıqlarında həyatlarını və nəsillərini davam etdirdiklərini, bu şərtlərə uyğun olmayanların isə məhv olacaqlarını nəzərdə tutur. Yəni təbii seleksiyanın canlıları təkamül etdirəcək gücü yoxdur.

Bu mövzunu belə bir nümunə ilə izah edə bilərik: Müəyyən coğrafi ərazidə biri daha sıx və uzun tüklü, digəri isə nisbətən qısa tüklərə sahib iki oxşar it cinsinin yaşadığını fərz edək. Əgər bu ərazidə havanın temperaturu ekoloji dəyişikliyə görə əhəmiyyətli dərəcədə düşsə, sıx və uzun tüklü itlər qısa tüklü itlərə nisbətən soyuğa daha çox dözümlü olacaqlar. Bunun nəticəsi olaraq da sıx və uzun tüklü itlər daha üstün vəziyyətə gələcək, yəni daha çox yaşayacaq, daha çox çoxalacaq və daha asan qidalanacaqlar. Müəyyən dövr sonra qısa tüklü itlərin sayı kifayət qədər azala, daha isti bölgələrə köçə və ya soyları tamamilə tükənə bilər. Beləliklə, uzun tüklü itlər təbii seleksiya vasitəsilə seçilmiş və üstünlük qazanmış olurlar.

Ancaq bu proses ortaya yeni it cinsi çıxarmır. Təbii seleksiya onsuz da mövcud olan iki fərqli cinsdən birini seçir. Uzun tüklü itlər olmadığı halda təbii seleksiya nəticəsində uzun tüklü itlər meydana gəlmir. Bu itlərin zaman keçdikcə başqa canlı növünə çevrilmələri isə əsla mümkün deyil.

Qısası təbii seleksiya yeni növlər, yeni xüsusiyyətlər meydana gətirmir, onsuz da mövcud olanlar arasından seçim edir. Yeni növ və xüsusiyyət əmələ gəlmədiyi üçün də hər hansı “təkamül”ün baş verdiyini söyləmək olmaz. Yəni təbii seleksiya canlıları təkamül etdirmir.

Ancaq təkamülçülər təbii seleksiyadan istifadə etdikdə, məsələnin üstünü örtmək və həqiqətləri təhrif etmək üçün bəzi illuziyalara müraciət edir, təbii seleksiyayanın daşıdığı mənadan əlavə bir çox xüsusiyyətlər yükləyirlər. Onlara görə təbii seleksiya ancaq zəif olanları sıradan çıxarmır, minlərlə yeni canlı növü də yaradır. Daha doğrusu, təkamülçülər belə bir proses olduğuna inanmaq istəyirlər, çünki heç bir başqa dayaqları yoxdur. Burada darvinistlərin ümid və həsrətləri çox böyük rol oynayır. Bu istəyi dövrümüzün məşhur təkamülçülərindən Harvard Universiteti paleontoloqu Stephen Jay Gould belə ifadə edir:

“Heç kim təbii seleksiyanın uyğun olmayanı sıradan çıxarmasındakı mənfi rolunu inkar etmir. Ancaq darvinist nəzəriyyə “uyğun olanı yaratması”nı da istəyir.”

Lakin darvinistlər bu istəklərinə sübut tapa bilməyiblər. Çünki təbii seleksiyanın canlıları təkamül etdirdiyi müşahidə edilməmişdir. Məşhur təkamülçü alim, ingilis paleontoloq Kolin Patterson bu gerçəyi belə etiraf edir:

“Heç kim təbii seleksiya mexanizmi ilə yeni bir növ yarada bilməmişdir. Heç kim belə bir şeyə heç yaxınlaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox mübahisə doğuran mövzusu da budur.” (Colin Patterson, “Cladistics”, Brian Leek ilə Reportaj, Peter Franz, 4 Mart 1982, BBC)

Əsl təəccüblü cəhət isə darvinistlərin təbii seleksiyanın yaradıcı gücü olmadığını bildikləri halda bu cəfəngiyata inanmaları və bunda israr etmələridir. Bu gün bir çox təkamülçü təbii seleksiya kimi ancaq zəif fərdləri sıradan çıxaran mexanizmin insan kimi çox möhtəşəm mədəniyyətlər quran varlığı yarada bilməyəcəyini etiraf edir. Lakin bu etiraflar onların inanclarını qəti şəkildə dəyişdirmir. Nəzəriyyələrinin böhran içində olduğu və buna özləri də şahidlik etdiyi halda “insan təkamül nəticəsində yaranıb” kimi fikirlərindən əsla imtina etmirlər. Darvinizmə kor-koranə bağlı olan J.Hawkes bir məqaləsində fikirlərini belə ifadə edir:

“Quşlar, balıqlar, çiçəklər və s. göz qamaşdırıcı gözəllik üçün təbii seleksiyaya borclu olduğumuza inana bilmirəm. Bundan əlavə insan şüuru belə bir mexanizmin məhsulu ola bilərmi?” (J. Hawkes, “Nine Tentalizing Mysteries Of Nature,” New York Times Magazine, 33, 1957)

Amma bütün bu etiraflara baxmayaraq təkamülçülər təbiətin və təbii seleksiya kimi bəzi mexanizmlərin eşidən, görən, icad edən, dövlətlər quran, əsərlər yazan insanı yaratdığına inanırlar. Bu inanclarının bir gün elmi cəhətdən sübut olacağına ümid edir və bunu özlərinə təlqin edərək əslində özlərini aldadırlar.

Materializmin Elmi Cəhətdən Çöküşü
“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?

Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?

Bu suallar tarixin əvvəlindən etibarən insanların maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və ya mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.

Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır:

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Nəhl Surəsi, 12)

Qurandakı bir başqa ayədə isə belə deyilir:

(Allah) gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram etmişdir. Onların hər biri  müəyyən müddətədək dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. (Fatır Surəsi, 13)

Quranın xəbər verdiyi bu gerçək müasir astronomiyanın qurucusu mötəbər alimlər tərəfindən də qəbul edilmişdir. Qaliley, Kepler, Nyuton kimi məşhur alimlər kainatın quruluşunu, Günəş Sisteminin dizaynını, fizikanın qanun və tarazlıqlarını kəşf etdikcə bütün bunların Allah tərəfindən yaradıldığı qənaətinə gəlmişlər.

Materializm: 19-cu Əsr Səhvi

Yaradılış gerçəyi tarixin qədim dövrlərindən bəri bir fəlsəfi görüş tərəfindən rədd edilir. Bu fəlsəfənin adı materializmdir. İlk əvvəl Qədim Yunanıstanda meydana gələn, daha sonra müxtəlif mədəniyyətlər tərəfindən tarixin müəyyən dövrlərində müdafiə edilən bu fəlsəfə maddənin və kainatın sonsuzdan bəri var olduğunu, yəni Allah tərəfindən yaradılmadığını müdafiə edir.

Materialistlər kainatın sonsuzdan bəri mövcud olduğunu müdafiə etməklə yanaşı, kainatda hər hansı bir məqsəd və dizaynın olmadığını da iddia edirlər. Kainatdakı bütün tarazlıq, ahəng və uyğunluğun yalnız təsadüflərin nəticəsi olduğunu bildirirlər. Bu “təsadüf” iddiası “canlılar necə yarandı?” sualına qarşılıq olaraq da istifadə edilmişdir. Təkamül nəzəriyyəsi və ya Darvinizm olaraq bilinən iddia materializmin bu şəkildə təbiətə uyğunlaşdırılmasından ibarətdir.

Müasir elmin qurucularının kainatın Allah tərəfindən yaradıldığına iman edən insanlar olduğunu ifadə etmişdik. Ancaq 19-cu əsrdə elm dünyasında dəyişiklik olmuş və materializm bilərəkdən elm dünyasının gündəminə gətirilmişdir. 19-ci əsrin müəyyən siyasi və sosial şərtləri də materializmə şərait yaratdığı üçün bu fəlsəfə elm adamları tərəfindən geniş şəkildə qəbul edilmişdir.

Ancaq elmi nailiyyətlər materializm düşüncəsinin nə qədər mənasız olduğunu artıq ortaya çıxarmışdır.

20-ci Əsr Elminin Nəticələri

Materializmin kainat haqqında yuxarıda ifadə etdiyimiz iki iddiasını xatırlayaq:

•	Kainatın sonsuzdan bəri var olduğu, yəni yaradılmadığı iddiası.

•	Kainatda heç bir dizayn, plan, məqsəd olmadığı, hər şeyin təsadüflərin məhsulu olduğu iddiası.

19-cu əsr materialistlərinin o dövrün primitiv tədqiqat şəraiti altında böyük hərarətlə müdafiə etdikləri bu iki iddia da 20-ci əsrdəki elmi nailiyyətlər ilə rədd edilmişdir.

İlk olaraq kainatın sonsuzdan bəri var olduğu iddiası tarixə çevrilmişdir. 1920-ci illərdən etibarən kainatın quruluşu haqqında əldə edilən məlumatlar kainatın müəyyən müddət əvvəl “Böyük Partlama” (Big Bang) ilə yoxdan var hala gəldiyini isbat etmişdir. Yəni kainat sonsuz olmayıb Allah tərəfindən yoxdan yaradılmışdır.

20-ci əsr elminin çökdürdüyü ikinci iddia isə “təsadüf” iddiasıdır. 1960-cı illərdən etibarən aparılan araşdırmalar kainatdakı bütün fiziki tarazlıqların insanın mövcud olması üçün çox həssas şəkildə nizamlı hala salındığını sübut edir. Kainatdakı fizika, kimya və biologiya qanunları, cazibə, elektromaqnetizm kimi təməl qüvvələr, atom və elementlərin strukturlarının insan həyatı üçün tam ideal şəkildə var olduqları tədqiqatlar dərinləşdikcə bir-bir kəşf edilmişdir. Qərbli elm adamları bu gün bu fövqəladə dizayna “İnsani Prinsip” (Anthropic Principle) adını verirlər. Yəni kainatdakı hər detal insanın həyatını davam etdirməsi üçün ən ideal ölçüdə hazırlanmışdır. Qısası, müasir dövrdə materializm elmi cəhətdən çökmüşdür. 19-cu əsrdə elm adına ortaya çıxmış, amma qısa zamanda böyük bir məğlubiyyətə uğramışdır.

Belə olması da təbiidir. Çünki, Allahın “Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, inkar edənlərin zənnidir” (Sad Surəsi, 27) ayəsiylə buyurduğu kimi kainatın  boş-boşuna və məqsədsiz yaradıldığı düşüncəsi həqiqəti əks etdirməyən zəndən ibarətdir. Bu zənnə söykənən hər iddianın gerçəklər qarşısında məğlub olması isə qaçınılmazdır.

Nuh Tufanı Haqqında Spekyulasiyalar
Quranda diqqət çəkilən Nuh Tufanı inkar edənlərin başa düşə bilmədiyi və rədd etdikləri mövzulardan biridir. Nuh Tufanının varlığını inkar edənlər bu iddialarına dəlil olaraq dünya miqyasında tufanın reallaşmasının texniki olaraq qeyri-mümkün olduğunu söyləyirlər. Bunu nəzərə alaraq belə bir hadisəni təsdiqləyən Quranın Allah sözü olmadığını iddia edirlər.

Halbuki bu iddia Allahın endirdiyi və təhrif edilməmiş yeganə müqəddəs kitab olan Quran-i Kərimlə üst-üstə düşmür. Çünki Quranda təsvir edilən Tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə rast gəlinən Tufan izahatlarından çox fərqlidir.

Təhrif edilmiş Tövratda bu tufanın bütün dünyanı əhatə etdiyi yazılır. Halbuki Quranda Tufanın bütün dünyanı əhatə etməsi kimi ifadə yoxdur. Əksinə mövzu ilə bağlı ayələrdən Tufanın lokal olduğu, bütün dünyanı əhatə etmədiyi və ancaq Hz. Nuhu yalanlayan qövmün cəzalandırıldığı aydın olur.

Eynilə Ad qövmünə göndərilən Hz. Hud (Hud Surəsi, 50) və ya Səmud Qövmünə göndərilən Hz. Saleh (Hud Surəsi, 61) və digər Peyğəmbərlər kimi Hz. Nuh da ancaq öz qövmünə göndərilmişdir və Tufan da Hz. Nuhun qövmünü məhv etmişdir:

Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən (cəzası) şiddətli günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”(Hud Surəsi, 25-26)

Həlak olanlar Hz. Nuhun təbliğini saymayan və üsyanda dirənən qövmdü. Bu mövzu ilə bağlı ayələr heç bir mübahisəyə səbəb olmayacaq qədər açıqdır:

Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər. (Əraf Surəsi, 64)

Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər. (Əraf Surəsi, 72)

Görüldüyü kimi Quranda bütün dünyanın deyil, yalnız Nuh qövmünün həlak edildiyi bildirilir. Ayələrin bu qədər açıq və anlaşılan olduğuna baxmayaraq hələ də Quranda Nuh Tufanının qlobal olduğunu iddia etmək cahil insanları aldatmaq, onların fikirlərini qarışdırmaq cəhdlərindən başqa bir şey deyil.

Təhrif olunmuş və insanlar tərəfindən bir çox hekayə və əfsanə əlavə edilmiş Tövrat və İncildəki məntiqsizliklərin, xurafatların heç birinin Quranda olmaması, hətta bunların düzəldilmiş gerçək vəziyyətlərinin izah edilməsi də Quranın tamamilə Allah qatından göndərilən Kitab olduğunu sübut edir.

Quranda Tufandan qlobal hadisə olaraq bəhs edilməsi başqa tərəflərdən də mümkün deyil. Çünki Allah hər hansı bir qövmə elçi göndərilmədikcə, o qövmün həlak edilməyəcəyini söyləyir. Qövmün həlakı üçün ona xəbərdaredici-qorxuducu elçi gəlməsi və bu peyğəmbərin yalanlanması lazımdır. Qəsəs Surəsində belə deyilir:

Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik! (Qəsəs Surəsi, 59)

Başqa bir ayədə də “Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” (İsra Surəsi, 15) buyurulur.

Ayələrdən aydın olduğu kimi xəbərdaredici elçi göndərilməyən bir qövmün həlak edilməsi Allahın qanununa zidddir. Hz. Nuh isə yalnız öz qövmünə göndərilmişdir. Buna görə də Allah xəbərdaredici elçi göndərilməmiş qövmləri deyil, yalnız Hz. Nuhun qövmünü həlak etmişdir.

Tufan haqqındakı bir başqa mübahisə mövzusu isə suların bölgədəki bütün ovalıqları, dağları örtəcək qədər yüksəlib-yüksəlmədiyi ilə bağlıdır. Bilindiyi kimi Quranda gəminin Tufandan sonra “Cudi”yə oturduğu bildirilir. “Cudi” sözü bəzən xüsusi dağ adı olaraq qeyd edilir, halbuki bu söz ərəbcədə “yüksək yer, təpə” mənasını verir.

Bundan əlavə “cudi” sözünün bu mənasından suların ancaq müəyyən bir yüksəkliyə çatdığı, qurunu tamamilə örtmədiyi aydın olur. Qurandan Tufanın təhrif olunmuş Tövratda və digər əfsanələrdə izah edildiyi kimi bütün yer üzünü və yer üzündəki bütün dağları əhatə etmədiyini, yalnız müəyyən bir bölgəni örtməsini öyrənirik.

Eləcə də Tufanın baş verdiyi ehtimal edilən bölgədə aparılan arxeoloji qazıntılar da Tufanın qlobal səviyyədə deyil, Mesopotamiyanın bir hissəsini təsiri altına almış çox geniş fəlakət olduğunu göstərir.